02.04.2026, 14:13
AZ EN
02.04.2026, 12:41 80

Kəlbəcər sakini: “Aprelin 2-sini artıq işğal deyil, qürurlu qayıdış günü kimi qeyd edirik”

XƏBƏRLƏR
  • Uzun onilliklər boyu aprelin 2-si biz kəlbəcərlilərin yaddaşında acı işğal və doğma yuvadan didərgin düşmək günü kimi qalıb. Həmin tarixdən düz 33 il keçir. Bu gün yenə aprelin 2-dir, lakin mənzərə tamamilə fərqlidir. Biz artıq bu tarixi kədərlə deyil, doğma yurda qayıdışın sonsuz qüruru və zəfər sevinci ilə qeyd edirik.

Bu sözləri açıqlamasında aprelin 2-də Kəlbəcərə növbəti köç karvanı ilə yola düşən rayon sakini, keçmiş məcburi köçkün Yusif Nuriyev deyib.

33 illik həsrətin bitdiyi tarixi günün sevincini yaşayan Kəlbəcər sakin fikirlərini bu cür tamamlayıb: “Bəli, bu gün o uzunmüddətli hicranın sonudur. Şükürlər olsun ki, o uca dağların ətrini yenidən duymaq, doğma ocağımıza qədəm basmaq bizə qismət oldu. Bu günləri bizə yaşadan, qanları ilə tarix yazan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bizi müqəddəs torpaqlarımıza qovuşduran Müzəffər Ali Baş Komandanımıza və rəşadətli ordumuza ömür boyu minnətdar olacağıq. Kəlbəcərimizə yeni həyat bəxş etmək üçün qayıdırıq”. (AZƏRTAC)

Oxşar xəbərlər