Ramal Ələkbərov 2023-cü ildə hərbi xidmətə yollanıb. Beyləqanda N saylı hərbi hissədə Vətənə xidmətə başlayıb. Qarabağda 2023-cü ilin sentyabr ayında 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı başlananda Ramal 5 ayın əsgəri idi. Həmin əməliyyata qatılan gənc əsgər Ramal Ələkbərov qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Gəncə şəhərində Səbiskar qəbiristanlığındakı Şəhidlər məzarlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ramal Ələkbərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ramal balamız!
Mina RƏŞİD