09.06.2025, 22:17
AZ EN
18.04.2025, 12:30 275

Zəhmətlə qazanılan şərəfli ömür

XƏBƏRLƏR
  • Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindən olan, dəyərli hüquqşünas Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini

Mehdi Tofiq oğlu Hüseynzadə 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sarıyaqub kənd orta məktəbində təhsil almışdır.

1988-ci ildə ailəsi ilə birgə Qərbi Azərbaycandan deportasiya olunmuş və Bakı şəhərinə köçmüş, 1991-ci ildə Bakı şəhərində orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.

O, 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr pilləsində ali təhsil almış və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində “Cinayət hüququ və cinayət prosesi” ixtisaslaşması üzrə magistraturada təhsilini davam etdirərək 1999-cu ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir.

Mehdi Hüseynzadə, həmçinin 1998-1999-cu illərdə “Xalq Qəzeti”ndə siyasət şöbəsinin müxbiri və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müvəkkili vəzifələrində işləmişdir.

Bakı Dövlət Universitetinin təqdimatına əsasən, Mehdi Hüseynzadə 1999-cu il 30 noyabr tarixdə prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin tarixdən ərazi hərbi prokurorluqlarında və Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müxtəlif vəzifələrdə çalışmışdır. Daha sonra M.Hüseynzadə 2010-cu il iyulun 22-də Tərtər Hərbi prokuroru, 2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, 2020-ci il iyulun 7-dən isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi vəzifələrində işləmişdir.

Mehdi Hüseynzadə 2022-ci il martın 17-dən Azərbaycan Respublikası Hərbi Prokurorunun Müavini vəzifəsinə təyin olunmaqla hazırda həmin vəzifədə, ədliyyə polkovniki rütbəsində xidmət edir.

Ona xidməti fəaliyyətində uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər