23.07.2025, 17:36
AZ EN
23.07.2025, 09:54 232

Bu gün şəhid Mürsəl Kazımlının doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Kazımlı Mürsəl Kamil oğlunun doğum günüdür. O, 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alan M.Kazımlı 2002-2007-ci illərdə 36 saylı musiqi məktəbinin tar sinfində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirib, 2010-cu ildə 613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti bitirən Mürsəl hərbi xidmətini Gəncə, Naftalan və Tərtər artilleriya korpusunda rabitəçi kimi keçib. Əmək fəaliyyətinə isə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Mürsəl Kazımlı Füzuli döyüşlərində savaşıb.

Mürsəl Kazımlı oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub. Şəhidimiz Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Şəhid Mürsəl Kazımlı ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü Dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər