13.07.2025, 06:43
AZ EN
21.05.2025, 09:52 293

Bu gün şəhid Elməddin Həsrətovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elməddin Sərdar oğlu Həsrətovun doğum günüdür. O, 21 may 1997-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətini davam etdirməyə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Həsrətov 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə  mərdliklə  vuruşub.

Elməddin Həsrətov 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi uzun müddət tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Elməddin Həsrətovun nəşi nəhayət, 26 iyun 2021-ci ildə tapılaraq ailəsinə təhvil verilib.

Şəhidimiz 27 iyun 2021-ci ildə Goranboy rayonunun Qarasuçu kəndində böyük izdiham və ehtirmla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Həsrətov ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mbarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR