Səyyar qəbulda RİH-in məsul əməkdaşları, xidməti təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı Alı Alıyev çıxış edərək respublikamızın və rayonun bu günkü hərtərəfli inkişafı, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti quruculuq işləri və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr haqqında məlumat verib.
Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlərlə bağlı tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Mina RƏŞİD