11.04.2025, 15:55
AZ EN
04.04.2025, 15:33 210

Laçınlı məcburi köçkünlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 1B ünvanında Respublika Karlar Cəmiyyətinin yataqxana binasında fəaliyyət göstərən Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində həmin rayonun ərazisində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib.

37 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.    

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Günel QULİYEVA

Oxşar xəbərlər

SON XƏBƏRLƏR