23.11.2024, 00:30
AZ EN
15.02.2024, 16:41 263

Umud Mirzəyev: Mina axtaran qadınlar arasında 3-4 uşağı olan analar da var

XƏBƏRLƏR
  • Bu ərazidə 25 nəfərdən ibarət qadın mina axtaranlar qrupu çalışır. Bu ərazidə qadın mina axtaranların təmizləməsi üçün 17 hektardan çox torpaq sahəsi ayrılıb.

Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

Bildirib ki, bu lahiyəyə ötən ilin iyun ayından başlanılıb. "Halhazırda Ağdam rayonun Nəmirli kəndi ərazisindəyik. Bu ərazidə Azərbaycanın ilk mina axtaran qadınları fəaliyyət göstərirlər. Bu layihəyə ötən ilin iyun ayından icra olunmağa başlayıb. Avropa itifaqının BMT-nin inkişaf proqramının və Amerika dövlət departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən bir layihədir.

"İlkin olaraq biz 43 nəfər müraciət eləmişdi bu layihənin icrası ilə bağlı. Layihə icra olunarkən 30 yaxın xanımla biz fəaliyyətə başladıq.

Bizim qadın komandamızda gənc ali təhsil almış xanımlar var. Ailəli olanlar var, 3-4 uşağı olan analar var. Və mina probleminin çözülməsində fəaliyyət göstərirlər. Yüksək də nəticə göstərirlər", - deyə U.Mirzəyev deyə əlavə edib. (Trend)

Oxşar xəbərlər