22.11.2024, 09:37
AZ EN
29.01.2024, 17:09 359

DAK-da 12 qızıl medal qazanan şuşalı oğlan

XƏBƏRLƏR
  • Həmyerlimiz, Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi Murad Kərimli “World Scholar's Cup” (Dünya Alimlər Kuboku) çempionatının regional raundunda 12 qızıl, dörd gümüş medal qazanaraq növbəti mərhələyə keçib və xarici ölkələrdə qlobal raundlarda iştirak şansı əldə edib.

Qeyd edək ki, Murad Kərimli 2008-ci ildə Bakı şəhərində anadan olub. Qaradağ rayonunda yaşayır, əsli şuşalıdır, tanınmış jurnalist, yazıçı Kərim Kərimlinin övladıdır.

O, 2022, 2023 və 2024-cü il olmaqla artıq üçüncü dəfədir ki, çempionata qoşulur. 2022-ci ildə bir medal, 2023-cü ildə yeddi medal, bir kubok, 2024-cü ildə isə 16 medal qazanıb. Hədiyyə olaraq aldığı alpaka oyuncaqları isə Dünya Alimlər Kubokunun rəsmi simvolu hesab edilir.

Qeyd edək ki, Dünya Alimlər Kuboku - hər il dünyanın 65 ölkəsindən 15 000-dən çox tələbənin qatıldığı, beynəlxalq akademik proqramdır.

Müsabiqə “DemiDec” prezidenti Daniel Berdiçevski tərəfindən 2006-cı ildə təsis edilib.

Təbrik edirik!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR