08.06.2025, 09:34
AZ EN
18.08.2023, 13:06 352

“Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Cəbrayıl RİH-nin başçsının müavini Fəridə İbayeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Təşkilat işləri üzrə sədr müavini Vahid Abdurəhmanov, AVMVİB-nin Xocalı və Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və AVMVİB-nin Cəbrayıl rayon şöbəsinin üzvləri iştrak ediblər.

 Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilməsi üçün onlara hüquqi yardım göstərilməsi və qarşılaşdığı problemlərin araşdırılmasından söhbət açılıb. Tədbir Vətən Müharibəsi Veteranları ilə səmimi söhbət və dialoq əsasında başa çatdırılıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər