13.07.2025, 12:03
AZ EN
14.05.2025, 15:15 214

Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

XƏBƏRLƏR
  • Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı Tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksində, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətlər üzrə aparılacaq.

Bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib.

Direktor, həmçinin bildirib ki, xüsusi olaraq Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir.

“Azad edilmiş torpaqlarda beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsi qarşımızda duran vəzifələrdən biridir”, - deyə Fərhad Quliyev qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər