Komitə sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, bütün ailələri salamlayıb və “Beynəlxalq Ailə Günü” münasibətilə onları təbrik edib.
Komitə sədri bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın milli dəyərlərini müasir demokratik dəyərlərlə vəhdətdə götürərək dövlət ailə siyasətini müəyyənləşdirmişdir:
"Bu gün dövlətin, ictimai sferanın, o cümlədən mədəniyyətimizin, tariximizin əldə etdiyi naliyyətlər bütün gəncliyimizin sərvətidir və gələcək nəsillərə çatdırılacaqdır".
Qardaş Türkiyədən də ailələrin festivalda iştirak etdiyini diqqətə çatdıran B. Muradova bildirib ki, nə qədər Azərbaycan-Türkiyə və digər türk qardaşlarımız var, biz hər zaman birliyimizi, bərabərliyimizi göstərəcəyik, bütün hallarda bir-birimizin yanında olacağıq.
Daha sonra Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin idarə rəhbəri Hülusi Gölpınar və millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, festivalın işinə uğurlar arzu ediblər.
Davamında “Heydər Əliyev – 100 il”, “Azəbaycan-doğma diyar”, “Yaradaq öyrənək”, “Yaşıl dünya”, “Mütaliə edək”, “Milli irs” və “Yaradıcı əllər” adlı guşələrdə uşaqlar üçün təşkil edilmiş maraqlı və maarifləndirici oyunlar, xüsusi əyləncə proqramları təşkil edilib.
Tahirə AĞAMİRZƏ