31.07.2025, 07:59
AZ EN
30.07.2025, 09:14 202

Əslən Qubadlı rayonundan olan Sübah Dadaşov gələcəkdə doğma yurdda həkim kimi fəaliyyət göstərmək istəyir

XƏBƏRLƏR
  • Bu il ali məktəblərə qəbul imtahanında lV ixtusas qrupu üzrə 650 bal toplayan   Sübhan Xalıqverdi oğlu Dadaşov əslən Qubadlı rayonunun Mahruzlu kəndindəndir.

Qubadlının işğalından sonra onun  valideynləri Bakıya pənah gətirmiş, Bakının ucqar qəsəbələrindən biri olan Nübar qəsəbəsində məskunlaşmışlar. O, Qubadlı rayonu Şükür Həmidov adına Xanlıq kənd 3 saylı tam orta ümumtəhsil məktəbin məzunudur. Qəhrəmanlıqla yoğrulmuş bir ailənin üzvü olan Sübhan Dadaşov yüksək nəticə ilə həm ailəsinin, həm də bütün Qubadlı camaatının fəxr və ümid mənbəyinə çevrilib. Qeyd edək ki, Sübhanın bugünkü uğurunun arxasında zəhmətkeş bir ailə dayanır.  Belə ki, anası Günel Dadaşova ingilis dili müəllimi kimi yüzlərlə şagirdə bilik verməklə yanaşı, öz övladının da doğru yola istiqamətlənməsində əsas rol oynayıb.

Atası Xalıqverdi Badaşov və əmiləri Birinci Qarabağ müharibəsi veteranı, qazi İmamverdi Dadaşov, 44 günlük Vətən müharibəsinin "Zəfər" ordenli polkovniki Haqverdi Dadaşov da Sübhanın yüksək nəticə əldə etməsini böyük qürur hissi ilə qarşılayıblar.

Sübhan Dadaşov Azərbaycan Tibb Universitetini seçəcəyini bildirib. Onun arzusu cərrah olmaq və gələcəkdə valideynlərinin doğulduğu torpaqlara qayıdaraq yeni tikilən xəstəxanalardan birində həkim kimi xalqına şərəflə xidmət göstərməkdir. Doğma yurdun yenidən qurulmasında iştirak etmək, işğaldan azad edilmiş bölgələrdə sağlam cəmiyyətin formalaşmasına öz töhfəsini vermək Sübhanın gözəl arzularından biridir.

Sübhan Dadaşovu ürəkdən təbrik edir, böyük uğurlar arzuıayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər