08.09.2024, 05:16
AZ EN
06.04.2022, 15:45 760

30 ildir oğul yolu gözləyən 80 yaşlı ananın son arzusu

XƏBƏRLƏR

80 yaşlı ana 30 ildir ki, Birinci Qarabağ Müharibəsində itkin düşən oğlunun yolunu gözləyir.

Birinci Qarabağ müharibəsi zamanı, Xocalı rayonu Fərrux kənd və Fərrux yüksəklikləri uğrunda döyüşlərdə itkin düşən Nizami Məcid oğlu Ömərov 1974-cü ilin oktyabr ayında Zaqatala rayonunun Muxax kəndində kolxozçu ailəsində doğulub. Bir qız, dörd oğul övladı olan Ömərovların son beşiyi Nizami olub.

Nizami Ömərov 1992-ci ilin payızında Zaqatala rayon hərbi komissarlığında həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayonunda hərbi xidmətə başlayan Nizami Ömərov bir neçə ay sonra Xocalı rayonu, Fərrux kəndi və Fərrux dağı yüksəklikləri uğrunda gedən döyüşlərə qatılıb. Nizami Ömərov 1993-cü ilin yanvar ayında Fərrux kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Nizaminin itkin düşməsi xəbərindən sonra atası Məcid və qardaşı Nəcməddin Ömərovlar müharibə bölgəsində ailənin son beşiyinin axtarışlarına başlayır. Axtarışlar heç bir nəticə vermir. Bu ağır vəziyyətə dözə bilməyən ata 1995-ci ilin yazında dünyasını dəyişib.

Nizami Ömərovun böyük qardaşı Nəcməddin Ömərov 1992-ci ildə torpaqların azadlığı uğrunda könüllü olaraq birinci Qarabağ müharibəsinə qatılıb. O, 1992-93-cü illərdə Füzuli rayonunda gedən döyüşlərdə iştirak edib.

İndi yaşlı ananın tək arzusu heç olmasa oğlunun cansız bədənini qucaqlaya bilməkdir. (APA TV)

Oxşar xəbərlər