Müraciətdə qeyd olunur ki, yeni tədris ilində hər zaman xəyalını qurduğumuz doğma Qarabağımızın qoynunda yerləşən Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Fikrimcə, bu universitet təkcə bilik məbədi olmayacaq, eyni zamanda qalib xalqın milli kimliyinin, təfəkkürünün, ideologiyamızın formalaşdığı mərkəzə çevriləcəkdir.
Universitetin adını daşıdığı müqəddəs Qarabağ torpağı bizlərə, gəncliyimizə, qəhrəman şəhidlərimizin əmanətidir. Hər birimiz universitetin qurulmasında, regionun elm və ideoloji mərkəzinə çevrilməsində öz səylərimizi birləşdirməliyik. Bu il ali təhsil üçün qəbul imtahanlarında yüksək nəticələr göstərmiş hər bir gəncimizi doğma Qarabağ Universitetinin ilk tələbəsi və ilk məzunu olmağa səsləyirəm, Əminəm ki, bu sırada bu ilə qəbul imtahanlarında yüksək bal toplamış şəhid övladları da yer alacaqdır.
Qarabağ Universitetini birlikdə quraq!
Hazırladı: Tahirə AĞAMİRZƏ