07.02.2026, 20:22
AZ EN
08.01.2026, 13:24 389

Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası

XƏBƏRLƏR
  • Bu günlərdə Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası işıq üzü görüb. Elmi-publisistik müstəvidə ilk dəfə geniş şəkildə tədqiq olunan Qərbi Azərbaycanın idman salnaməsində xalqın yaddaşında yaşayan idman xadimləri və idmançılarımızın zəngin irsi araşdırılır və faktlarla oxucuya təqdim olunur.

Monoqrafiyada ümummilli liderimiz Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri, sərəncam və fərmanları, həmçinin ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə dair mövqeyi, ziyalılarla görüşlərindən fraqmentlər, bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğı geniş şəkildə öz əksini tapıb. Eyni zamanda, Qərbi Azərbaycandan olan idmançıların Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında  qazandıqları nailiyyətlər konkret faktlarla işıqlandırılıb.

200 kompüter mətni səhifəsindən ibarət olan monoqrafiya giriş, 8 fəsil və 37 yarımfəsli əhatə edir. Nəşrdə rus və ingilis dillərində xülasələr, eləcə də 206 mənbədən ibarət zəngin ədəbiyyat siyahısı yer alıb.

Qeyd edək ki, Dilqəm müəllim 500-ə yaxın əsərin və 400-dən çox elmi-pedaqoji və publisistik qəzet materiallarının müəllifidir.

Onun ötən il çap etdirdiyi kitabları arasında “İkinci Qarabağ müharibəsinin şəhid idmançıları” adlı nəşr xüsusi yer tutur.

Mina RƏŞİD

Oxşar xəbərlər