20.04.2025, 07:26
AZ EN
05.03.2025, 08:46 229

Anar Məmmədov: Sakinlərimizə xidmət etməkdən qürur duyuram

XƏBƏRLƏR
  • Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlarımızdan biri də Laçın rayon sakini Anar Məmmədovdur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə kurslarına cəlb edildikdən sonra Azəriqaz İB-də nəzarətçi-çilingər vəzifəsi üzrə işlə təmin olunan Anar Məmmədov hal-hazırda doğma yurdunun sakinlərinə xidmət edir.

Anar deyir ki, mənim 2 yaşım olanda ailəmiz Laçın rayonundan köçkün düşmüşdü. Laçın şəhəri işğaldan azad olunandan sonra Böyük Qayıdışla əlaqədar Laçın şəhərinə köçmüşük, öz evimizə. Bura köçəndən sonra Dövlət Məşğulluq Agentliyi xətti ilə işlə təmin olunmaq üçün müraciət etdim və onlar bizi kurslara cəlb etdilər. 3 aylıq kurs keçib imtahan verdikdən sonra Azəriqaz İstehsalat Birliyində qaz təsərrüfatı üzrə nəzarətçi-çilingər vəzifəsinə təyin olundum. Hazırda böyük ruh yüksəkliyi ilə işləyirəm və sakinlərimizə  xidmət etməkdən qürur duyuram.  

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər