Qəhrəmanımız 2020-ci il oktyabrın 1-də Tərtər rayonu Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Asəf Ataşov Xırdalan şəhər Şəhidlər məzarlığında böyük ehtiram və izdihamla dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, "Ağdamın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ