09.06.2025, 17:07
AZ EN
13.05.2023, 09:00 181

Nə yaxşı varsan, oğlum!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharbəsi qəhrəmanlarından olan Şəhid əsgər Elgün Aqil oğlu Mikayıllının doğum günüdür. O,  2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub. 2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Elgün 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Elgün Mikayıllı oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhid olub. Şəhidimiz doğma Masallı rayonunda böyük izdiham və el məhəbbəti ilə dəfn olunub.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Elgünün atası Aqil Mikayılov oğlunun məzarı başında deyir ki, torpaqlarımız işğalda olanda hamımız deyirdik ki, təki yurdumuzu azad edək və uğrunda canımızdan da keçərik. İndi həmin gündür. Bəs Vətən uğrunda kim savaşmalıdır? Ona görə də, bizə bir valideyn kimi nə qədər çətin olsa da, təki Vətən sağ olsun...

Elgün Vətən uğrunda şəhadətə ucalanda cəmi 19 yaşı vardı. O, gənc ömrünü Vətənə, bizə bağışladı. Amma bir şeir parçasında deyildiyi kimi

Şəhidlər ölmür, uca

Zirvədə qarsan, oğlum!

Fəxr edirəm səninlə,

Nə yaxşı varsan, oğlum!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, adı el ilə bir olan, dillərə dastan Elgün balamız!

Mina RƏŞİD 

Oxşar xəbərlər