22.12.2024, 17:01
AZ EN
27.03.2024, 12:48 314

Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan Akif Mahmudovla vida mərasimi keçirilir

XƏBƏRLƏR
  • Xocalı ərazisində aşkar olunmuş kütləvi məzarlıqdan qalıqları tapılmış Mahmudov Akif Seydulla oğlu ilə vida mərasimi keçirilir.

Xocalı soyqırımı zamanı itkin düşmüş Akif Mahmudovun qalıqları Ceyranbatana, ailəsinin yaşadığı evə gətirilib.

Burada şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak edir.

Oğlu Nicat Mahmudov deyib ki, atası 32 il öncə Xocalıda şəhid olub: "Xocalıda qazıntı işləri aparılarkən atamın da qalıqları tapılıb. Məndən və əmimdən analiz götürüldü, analizin nəticələrinə əsasən qalıqların atama aid olduğu bildirildi. Atam şəhid olanda mənim 3 yaşım var idi, atamı xatırlamıram”.

Qeyd edək ki, Akif Mahmudov 1962-ci ildə Xocalıda anadan olub. Könüllü özünümüdafiə dəstəsinin üzvü olan Akif Mahmudov 30 yaşında, 1992-ci il 26 fevralda itkin düşüb. Ailəli olub, 2 oğlu var. (APA)

Oxşar xəbərlər