10.04.2025, 07:48
AZ EN
07.04.2025, 08:37 208

Deputat Kəlbəcər sakinləri üçün qəbul keçirib

XƏBƏRLƏR
  • Milli Məclisin deputatı Mircəlil Qasımlının Xırdalan şəhəri 2 saylı tam orta məktəbdə Kəlbəcər sakinləri üçün vətəndaş qəbulu keçirilib.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, hər biri nəzarətə götürülüb və qarşıdakı günlərdə aidiyyəti üzrə tədbirlərin görülməsi üçün zəruri addımlar atılacağı bildirilib.

Vətəndaşlarımız çıxışlarında ölkə rəhbərliyinin gördüyü işlərdən məmnun olduqlarını, dövlətə və Prezidentə dərin etimad bəslədiklərini ifadə ediblər.

Qeyd edək ki, deputatın növbəti vətəndaş qəbulu 12 aprel tarixində, saat 14:00-15:00 aralığında Qəbələ rayonunun Zarağan qəsəbəsində keçiriləcək.

Günel QULİYEVA

Oxşar xəbərlər