22.11.2024, 00:28
AZ EN
01.02.2023, 15:50 271

Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxdılar

XƏBƏRLƏR
  • Sabah - fevralın 2-də Azərbaycanda Gənclər günü qeyd olunacaq.

Bu münasibətlə Milli Məclisin deputatı Anar Məmmədovun yazısını təqdim edirik.

Ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərilir, uğurlu gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeniyetmə və gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Ümummilli Lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

İyirmi altı il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin iştirakı ilə ölkəmizdə ilk dəfə gənclər forumu keçirildi. Ümummilli Liderin müvafiq sərəncamı əsasında Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən indiyə qədər hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir, gəncliyin istəklərinə, gələcək hədəflərinə, problemlərinə və onların həlli yollarına ciddi diqqət yönəlir.

Böyük rəhbərin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etdirilir. “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir”, - deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin bünövrəsində gənclərin ölkənin uğurlu inkişafına istiqamətləndirilə biləcək potensialının yaradılması dayanır.

Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlıdır. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı məqsədli proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, gənclərin bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlətin bütün strukturlarında, hakimiyyətin bütün qollarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, dünyanın ən mötəbər, miqyasına görə ən böyük gənclər tədbirlərinin Bakıda keçirilməsi yuxarıda dediklərimizi bir daha təsdiq edir.

Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il İkinci Qarabağ savaşında özünü bir daha doğrultdu. Zəfəri daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin "dəmir yumruğ"unun Zəfərində 200 ildən artıq əsarət altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də vətənpərvər gənclərin birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxdılar. Onlar Prezident İlham Əliyevin etimadını layiqincə doğrultdular.

Təqdim etdi: Mina RƏŞİD

Oxşar xəbərlər