01.05.2025, 17:34
AZ EN
01.05.2025, 12:47 208

Fərhad Abdullayev: Bu ilin "Konstitusiya və Suverenlik İli" elan olunması gələcək istiqamətlər, ölkəmizin əldə etdiyi nailiyyətlər, baxışlar və ümidlərlə bağlıdır

XƏBƏRLƏR
  • 2025-ci il əlamətdar dövrə təsadüf edir. İl başlanandan bəri Konstitusiya və suverenlik mövzusu mətbuatda və dairələrdə müzakirə edilir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi gələcək istiqamətlər, Azərbaycanın əldə etdiyi nailiyyətlər, baxışlar və ümidlərlə bağlıdır.

Bunu Bakı Dövlət Universitetində keçirilən “Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda elmi-praktiki konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin böyük əməyi sayəsində ərsəyə gəlib. Ulu Öndər Azərbaycana ilk rəhbərliyi dövründə çox gözəl anlayırdı ki, ölkəmizdə milli şüuru, milli özünüdərki, elmi tədris potensialını artırmaq vacibdir. Ona görə də Ümummilli Lider bu siyasəti ardıcıl həyata keçirirdi.

F.Abdullayev bildirib ki, Konstutisiya mətnində bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər insan hüquqlarının, azadlıqlarının genişlənməsi, cəmiyyətin inkişafı ilə bağlıdır.

“Bu gün yeni reallıqlar mövcuddur. Bu da bizi daha sıx fəaliyyət göstərməyə sövq edir. Biz Cənubu Qafqazın lider dövlətiyik. Bizə qarşı olan mənfi istiqamətləri əlbəttə dəf etməliyik və buna qarşı addımlar atmalıyıq", - deyə Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər