Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Rüfət Əzim oğlu Gözəlov 1996-cı il martın 17-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb və 27 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rüfət Gözəlov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ