“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi ilə çap olunan kitab DSX-nın Horadiz Sərhəd Dəstəsinin Bölük komandiri, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak etdikdən sonra 2021-ci il, 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində şəhadətə yüksəlmiş Baş leytenant Nəsibov Elməddin Süleyman oğlunun ömür və döyüş yollarından bəhs edir.
Kitabın adı barədə müəllif belə deyir: “Baş leytenantın xalq tərəfindən tanınmaq, sevilmək uşaqlıq arzusu olub. Kiçik yaşlarından yaşadığı küçənin, oxuduğu orta məktəbin divarlarına “NESO” (Nəsibov Elməddin Süleyman oğlu) yazırmış. Bu isə onun ad-soyadını bildirməklə, bir növ şəxsi imzası olub. Kitabımı “NESO” adlandırmaqla şəhidimizin imzasını yaşatmağa çalışdım…”
Xatırladaq ki, bundan əvvəl müəllifin on bir kitabı işıq üzü görüb. Onlar arasında şəhidlərimizə həsr edilmiş kitablar da var.
Mina RƏŞİD