23.02.2025, 09:03
AZ EN
17.11.2022, 11:36 404

Ali Məhkəmənin sədri Ağdam Rayon Məhkəməsində vətəndaşları qəbul edəcək

XƏBƏRLƏR
  • Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ali Məhkəmənin sədri Ramiz Rzayev noyabrın 18-də saat 10:00-da Ağdam Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) Ağdam, Yevlax, Ağcabədi, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ali Məhkəmənin saytına istinadla xəbər verilir ki, vətəndaşlar Ali Məhkəmə Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin (050) 245-54-20 nömrəli telefonu və qebul@supremecourt.gov.az  elektron poçt ünvanı, eləcə də Ali Məhkəmənin sosial şəbəkələrdəki səhifələri (feysbuk və tviter) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Qəbula qeydiyyat noyabrın 17-də saat 18:00-da başa çatır.

Oxşar xəbərlər