18.12.2024, 21:56
AZ EN
07.12.2022, 17:08 344

Türk iş adamı: Azərbaycan Prezidenti Qarabağda reallaşdırılan layihələrə xüsusi həssaslıqla yanaşır

XƏBƏRLƏR
  • Türk Ağsaqqalları Birliyinin (TAİB) nümayəndələri Ankarada Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri, Qarabağda böyük layihələr həyata keçirən, Zəfər yolunun inşasında iştirak edən məşhur "Kolin İnşaat Şirkətinin” sahibi Kamal Koloğlu ilə görüşüblər.

Görüşdə iş adamı Qarabağdakı quruculuq işlərində iştirak etməkdən qürur duyduqlarını deyib.

Kamal Koloğlu, həmçinin Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşdığını və Qarabağ iqtisadi rayonunun tezliklə dirçəldilməsi üçün böyük səylər göstərdiyini bildirib.

TAİB-in həmsədri, tanınmış diplomat Hulusi Kılıçın fəaliyyətindən söz açan iş adamı onun türk xalqları arasında əlaqələrin inkişafına töhfə vermək istiqamətində səylərini təqdir etdiyini vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər