Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində həyata keçiriləcək. Görüşdə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsi kontekstində peşəkar musiqi sənətimizin təbliği, eləcə də, hərbi mövzuda yazılan musiqi əsərlərinin, opera və teatr tamaşalarının rolu istiqamətində yaradıcı sənayenin inkişafından danışacaq.
Tədbir zamanı həmçinin “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli ideologiya”, “Hərbi-vətənpərvər nəğmələrin təbliği və gənclərin tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan ordusu: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının ifasında ən sevilən nəğmələr, həmçinin gənc musiqiçilərin ifasında hərbi vətənpərvərlik mahnıları təqdim ediləcək.
Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/lsA04
Hazırladı: Mina RƏŞİD