22.11.2024, 19:21
AZ EN
07.11.2024, 08:07 238

Leyla Hümbətova: Cəbrayıla qayıdışı hər gün həsrətlə gözləmişəm

XƏBƏRLƏR
  • 31 il Cəbrayıla qayıdışı hər gün həsrətlə gözləmişəm.

Bunu Cəbrayıl sakini Leyla Hümbətova deyib.

Onun sözlərinə görə, bu gün onun üçün ən gözəl gündür. Bu günü çox gözləyib.

"Mən Cəbrayılı məcburi şəkildə tərk edəndə gənc idim. Oğlumun 3 yaşı var idi. İndi isə nəvəmin 3 yaşı var. Həmişə o torpağın həsrətini çəkmişəm. Hər dəfə ağaclar çiçəkləyəndə ağlamışam. Doğma torpağım hər zaman gözümün qabağında olub. Bu günümüzə şükürlər olsun. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)

Oxşar xəbərlər