22.11.2024, 07:50
AZ EN
15.05.2022, 12:10 565

Firəngiz Mütəllimova: “Şuşa əvvəlkilərdən də gözəl, fərqli olacaq”

XƏBƏRLƏR
  • “Özümü xoşbəxt sayıram ki, Qarabağ işğaldan azad olunandan sonra Şuşada keçirilən ilk dövlət tədbiri “Xarıbülbül” festivalında iştirak etmişəm. O, bir tarix idi. Çox sevinirəm ki, bu şanlı tarixi gündə mən də orada oldum”. Xalq artisti Firəngiz  Mütəllimovanın müsahibəsində belə deyib.

O, Şuşaya getməklə bağlı dəfələrlə televiziya kanallarından dəvət alsa da, getmədiyini, müqəddəs Şuşada olanda yaşadıqlarının ekrandan görünməyini istəmədiyini qeyd edib. Firəngiz xanım deyib: “Ən böyük arzularımdan biridir ki, Şuşaya ailə üzvlərimlə, qardaşımla, bacılarımla gedək. Sakit gəzək, görək. Bu da çəkilişsiz olsun. Yəni ürəyimizdə, qəlbimizdə olan hissləri ailəlikcə özümüz yaşayaq”.

“Azad Şuşanın bundan sonrakı vəziyyətini necə təsəvvür edirsiniz” sualına Xalq artistinin cavabı isə belə olub: “Çox gözəl təsəvvür edirəm. Elə indidən də görürsünüz ki, beynəlxalq səviyyəli festivallar, qurultaylar orada keçirilir. Mən orada oldum-olmadım, bütün tədbirlərlə bağlı qürur hissi keçirirəm. Mənə əsas o lazımdır ki, bütün dünya Şuşanın azad olmasını görsün. Bilsinlər ki, Şuşa azaddır, Şuşa bizdədir, xoşbəxtdir. Şuşa yaşıllığı ilə, təbiəti və tarixi ilə fəxr edir. Prezidentimiz çox sağ olsun ki, qısa müddətdə böyük dəyişikliklər və quruculuq işləri aparılır. Hər şeyə böyük ümidlə baxıram. İnanıram ki, Şuşa əvvəlkilərdən də gözəl, fərqli olacaq. Mənə elə gəlir ki, dünyanın hər yerindən Şuşaya axın olacaq. Hamı bu gözəl şəhəri görəcək. Şuşanı azad görmək mənim ən böyük arzum idi. İndi də hər gün Allaha şükür edirəm. Hər şey bundan sonra daha da gözəl olacaq”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR