18.10.2024, 12:15
AZ EN
06.05.2024, 09:00 288

Şəhid Ziyadxan Əliyevə həsr edilmiş kitab təqdim edilib

XƏBƏRLƏR
  • Kürdəmir rayonunda fəaliyyət göstərən Ağdam rayonunun 153 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidi, əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Əliyev Ziyadxan İbrahim oğlunun həyat və döyüş yoluna həsr edilmiş, şair Abduləziz Xanəhmədoğlunun “Ölməyən şəhid ömrü” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Kürdəmir Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, yazarlar, müharibə əlilləri, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək önünə tər güllər qoyub və ehtiramlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edənlər ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayətlərinin böyüməkdə olan gənclərə bir örnək olduğunu söyləyərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışıblar. Kitabın müəllifi A.Xanəhmədoğlu Vətən müharibəsinin qəhrəman şəhidi Ziyadxan Əliyevə və onun ailəsinə yaxından bələd olduğunu, şəhidi yalnız döyüş şücaəti ilə deyil, ailə qayğıları, təhsil illəri dövründən tanıdığını və poemanı bu xatirələr əsasında qələmə aldığını qeyd edib.
Şəhidin ailə üzvləri Ziyadxan Əliyevlə bağlı xatirələrini bölüşərək, müəllifə, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə və qonaqlara təşəkkür ediblər.
Tədbirin sonunda şagirdlərin ifasında poemadan hazırlanmış kompozisiya təqdim edilib və şəhidimizə həsr edilmiş kitab qonaqlara hədiyyə olunub.

Mina RƏŞİD

Oxşar xəbərlər