14.07.2025, 12:11
AZ EN
14.07.2025, 07:42 192

Xanyurdu sakini: Mən Xocalıdan uşaq ikən çıxmışdım, indi öz övladlarımla geri qayıdıram

XƏBƏRLƏR
  • Mən Xocalıdan uşaq yaşda çıxmışdım. İllər keçdi, həyat dəyişdi, amma o torpağın həsrəti içimdə qaldı. İndi isə övladlarımla birlikdə doğma kəndimizə qayıdıram. Bu hissi sözlə ifadə etmək çətindir.

Bu fikirləri Xocalı rayonunun Xanyurdu kəndinə köç edən Elbrus Abbasov deyib.

O bildirib ki, kəndi tərk edəndə azyaşlı olub, indi isə təxminən həmin yaşda olan övladları ilə birgə doğma yurda dönmək qismət olub: “Uşaqlarım artıq bu torpaqda böyüyəcək. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir”. (AZƏRTAC)

Oxşar xəbərlər