Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Ermənistan 30 illik terror-təxribat siyasətinin ona fayda vermədiyini anlamalıdır: “Ermənistanın 30 il bundan əvvəl ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti, terror-təxribat fəaliyyəti nəticəsi etibarı ilə onun özünü ağır vəziyyətdə qoyub. Bu gün təcavüzkar ölkə yarımcan orduya, darmadağın edilmiş iqtisadiyyata, ağır sosial böhrana malik dövlətdir. Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalması, öz sərhədlərini belə müstəqil şəkildə qoruya bilməməsi onun düşdüyü vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Dövlət Sərhəd Xidməti (DSX) iyulun 25-də ermənilərin “Laçın” nəzarət-buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində təxribat törədə biləcəyi, bunun üçün müəyyən hazırlıqlar apardığı ilə bağlı məlumat vermişdir. DSX-nin məlumatında vurğulanıb ki, ermənilər həmin ərazidə müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. Ermənilərin bu gün belə sülh deyil, təxribat haqqında düşünməsi təəssüfedicidir və bu, İrəvanın tarixi səhvlərini və cinayətlərini təkrarlamaq niyyətində olduğunu göstərir.
Qəhrəman sərhədçilərimizin hər cür təxribatın qarşısını cəsarətlə alacağı, təxribatçılara layiqli cavab verəcəyi şübhəsizdir. Əslində, DSX-nin mümkün erməni təxribatı ilə bağlı qabaqcadan məlumat verməsi, sərhədçilərimizin Vətənin keşiyində nə qədər ayıq-sayıq dayandığını göstərir. Rəsmi İrəvan isə əmin ola bilər ki, hər belə təxribat cəhdləri Ermənistan üçün ağır itkilər və böyük rüsvayçılıqla başa çatacaq”. (AZƏRTAC)