15.05.2024, 20:54
AZ EN
29.04.2024, 07:29 210

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıdışımla fəxr edirəm

XƏBƏRLƏR
  • Doğma yurduma qayıdışımla fəxr edirəm.

Bunu jurnalistlərə Füzulidən olan keçmiş məcburi köçkün Roza Muradova deyib.

“Bütün bunlar Ali Baş Komandanımızın, şəhidlərimizin, qazilərimizin sayəsindədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ordumuzu, Prezidentimizi qorusun. Çünki biz onların sayəsində torpağımıza addım atırıq”, - R.Muradova deyib.

O, qeyd edib ki, vaxtilə düşmən tapdağında olmuş torpaqlarımızda şəhidlərin qanı axıb: “Ora qayıtmalıyıq ki, şəhidlərimizin ruhu şad olsun. Bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şükür bu günə ki, doğma yurduma qayıdıram. Azərbaycanın hər yeri doğmadır, Vətəndir, ancaq insanın doğulduğu yer daha əzizdir. Bu da şəhidlərimizin, qazilərimizin sayəsindədir”. (Report)

Oxşar xəbərlər