19.10.2024, 12:40
AZ EN
17.03.2023, 19:40 246

ADNSU-nun şəhid məzunlarının ailələri Novruz bayramı ərəfəsində ziyarət olunub

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Novruz

bayramı münasibəti ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan

məzunların ailələrini ziyarət ediblər.

Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazax, Ağstafa, Şəki,
Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini ziyarət etmiş nümayəndə
heyəti Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə rektor,
professor Mustafa Babanlının salam və ehtiramını çatdırıb, onlara universitetdə
şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının
ailələri ilə sıx təmas saxlayacaq, onların problemlərinin həllinə kömək edəcək.
ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə şəhid
ailələrinin daim arzuolunan qonaq olacaqları qeyd olunub və bildirilib ki, rektor
Mustafa Babanlının tapşırığı ilə hər il Novruz bayramı ərəfəsində qəhrəmanların
ailələri ziyarət olunacaq.

Sonra ADNSU-nun nümayəndə heyəti şəhid ailələrinə bayram sovqatını təqdim edib.

44 günlük Vətən müharibəsində ADNSU-nun 23 məzunu ölkəmizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə
ucalıb.("Trend")

Oxşar xəbərlər