Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.
O qeyd edib ki, müharibə əlilləri üçün prezidentin aylıq təqaüdü 1-ci dərəcə üzrə 165 manatdan 400 manata, 1-ci dərəcə əlilliyi olanlara qulluğa görə təqaüd (80manat) müəyyən olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata , 3-cü dərəcə üzrə isə 110 manatdan 300 manata çatdırılıb.
"Müharibə əlillərinə müavinətə gəldikdə isə, 1-ci dərəcə üzrə 101 manatdan 220 manata , 2-ci dərəcə üzrə 81 manatdan 180 manata , 3-cü dərəcə üzrə isə 73 manatdan 120 manata çatdırılıb",- deyə H.Məmişov əlavə edib.
Sədr həmçinin ölkə üzrə orta aylıq pensiya artımınıb 70 faiz olduğunu qeyd edib.