10.06.2025, 01:21
AZ EN
29.02.2024, 16:43 282

Köçü planlaşdırılan sakinlərə məşğulluq tədbirləri ilə bağlı məlumat verilib

XƏBƏRLƏR
  • Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına köçə hazırlıq və məşğulluq üzrə işçi qrupunun Biləsuvar rayonunda görüşü keçirilib.

Görüş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köçü planlaşdırılan bir qrup keçmiş məcburi köçkünün iştirak etdiyi görüşdə Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi sahəsində görülən və planlaşdırılan işlərə dair müzakirələr aparılıb. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətləri və layihələri barədə təqdimat edilib.

İşğaldan azad olunmuş ərazilərin sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində aparılan işlər barədə məlumat verilib. Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər