22.09.2024, 06:02
AZ EN
14.05.2024, 16:48 436

Laçın məktəbliləri ilə Mina Rəşidin görüşü keçirilib

XƏBƏRLƏR
  • Bu gün 1 saylı Laçın Tam Orta Məktəbində uşaq yazıçısı, “Vətən səsi” saytının əməkdaşı Mina Rəşidlə şagirdlərin görüşü keçirilib.

Dövlət himnimizlə başlanan tədbirdə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Sonra məktəbin direktoru, əslən Laçın rayonundan olan Vəfa İsmayılova çıxış edərək Mina Rəşidin yaradıcılığı, onun şeirlərinin dərsliklərə, ibtidai sinif və məktəbəqədər bir sıra vəsaitlərə daxil edilməsindən danışıb. Direktor onu da bildirib ki, Birinci Qarabağ müharibəsində Mina Rəşidin atası şəhid olub və iki qardaşı qazidir.  

Daha sonra şagirdlər Mina xanımın azad Qarabağa həsr etdiyi şeirlərdən söylədilər.

Sonda Mina Rəşid “Zəfərdi mənim adım” adlı kitabını məktəbin müəllim və şagirləri üçün imzalayıb. Belə gözəl tədbirin təşkili üçün yazıçı, müəllim Nurlana İşığa və Vəfa müəlliməyə xüsusi təşəkkürünü bildirib.

Tahirə Ağamirzə

Oxşar xəbərlər