12.03.2025, 15:03
AZ EN
15.12.2023, 09:31 357

Zabux sakini: Kəndimizə qayıtmağı uşaqlıqdan arzulamışam

XƏBƏRLƏR
  • Laçına qayıtmağı uşaqlıqdan həsrətlə gözləmişəm.

Bunu Zabux kənd sakini Cəfərov Elvin deyib.

O bildirib ki, doğma yurdunu tərk edəndə 8 yaşı olub.

“Laçından çıxanda uşaq olsam da yurd yerimiz xatirəmdə qalıb. Aradan illər keçməsinə baxmayaraq ora üçün həmişə darıxmışam. Çox xoşbəxtəm ki, yurduma qayıdıram. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə rəhmət diləyirəm”, - deyə o qeyd edib.

Qeyd edək ki, bugün Laçının Zabux kəndinə 25 ailə - 92 nəfər köçürülür. (Trend)

Oxşar xəbərlər