22.09.2024, 03:01
AZ EN
26.02.2024, 14:21 244

32 ildən sonra övladlarının məzarını tapan ananın fəryadı

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın üç rəngli bayrağı Xocalıda dalğalanır. Bu gün biz Xocalıdayır. Xocalı Bizimdir. Xocalıda yeni həyat qurulur. İnsanlar geri dönüb doğma yurdlarında yaşayacaqlar. Azad və müstəqil dövlətin vətəndaşları kimi. O torpağın əsl sahibləri kimi... Amma Xocalı soyqırımını əsla və əsla unutmayacağıq, unutdurmayacağıq. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur....

3 övladını Xocalıda öz əlləri ilə basdıran Sədaqət Həsənov övladlarının xocalıdakı məzarlarını tapdı və göz yaşlarına hakim ola bilmədi.

İTV-nin Sədaqət Həsənovadan hazırladığı videoçarxı həyacansız izləmək mümkün deyil..

-Gəldilər bizi götürdülər apardılar kəndin girəcəyində bir ev var idi ora. Orda bizim əynimizə, başımıza geyim verdilər. Ayaqqabının biri ayağımda idi, biri ayağımdan çıxmışdı, ayağım tamam donmuşdu. Tez vanna gətirdilər ki, ayaqlarımızı isti suya qoysunlar ki, donu açılsın. İnanın ki, ayağımı suya qoyan kimi barmaqlarımın dərisi dabanıma kimi soyulub düşdü suyun içinə. Ordan da bizi gecə ikən gətirib Ağdamda hospitalda yerləşdirdilər ki, Respublika xəstəxanasına göndərsinlər. Ağladım ki, mən getmirəm, şəhid balalarım qalıb burda. Orda mənə iynə vurub necə yatızdırıblarsa gözümü Respublika xəstəxanasında açmışam. Bir bacım, bacımın 3 övladı, mənim də 3 övladım şəhid olub qaldı orda, balaça bir kolun dibində. İndi də güllər gətirmişəm ki, səpəm buralara. Onların gəzdikləri yerə. Üç övladı şəhid olan  quşlara yem səpən kimi gül çəçəklərini yerə səpib övladlarını səsləyən ananın fəryadı uzun müddət quladlarımızdan getməyəcək...

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər