İsmayıl Rəfiyev deyir ki, çamadana sənədləri yığıb özümlə gətirdim. Bu, əhali siyahısıdır. Bizə gələn xəstələrin qeydiyyatıdır. O vaxt 1 yaşdan, 15 yaşa qədər uşaqları siyahıya alıb onları difteriyaya, qızılcaya və digər yoluixucu xəstəliklərə qarşı vaksinasiya edilən həmin kitablardı, o siyahılardı. Özü də bizdə hələ o vaxtlar rentgen yox idi, amma o qədər ixtisaslaşmış, savadlı həkimlərimiz var idi və xəstələrə doğru diqnoz qoyur, yaxşı müalicə edirdilər. Biz də şərəfli peşəmizə daha məsuliyyətlə yanaşırdıq. Ona görə də camaatımız bizim xəstəxana işçilərindən, həkimlərindən razı qalırdılar.
Bu illər ərzində həsrətində olduqları doğma torpaqları ilə bağlı şəkillər, videolar, gətirə bildikləri əşyalarla təskinlik tapıb Rəfiyevlər ailəsi torpağa, yurda bağlı insanlar olublar.
Natiq Rəfiyev deyir ki, bu, işğaldan bir ay əvvəl qçəkdiyimiz şəkildir. Təəssüflər olsun ki, bu maşını biz ordan gətirə bilmədik. Ermənilər bu maşını məhv ediblər. Maşının xatirəsi, şəkli bizdədir. Bu şəkli böyük qardaşımla çəkdirmişəm.
Rəfiyevlər ailəsi köçkün düşdüyü torpağa qayıtmağı səbirsizliklə gözləyir. Hər kəlmələrindən Vətən eşqi, yurd sevgisi, əsrəti duyulur. İsmayıl Rəfiyev deyir ki, 30 ildir ki, Kəlbəcərə qayıdışı gözləyirik. Şükür ki, buna da nail olmuşuq. İndi torpaqlarımız azaddır, inşallah ora qayıdacağıq.
Natiq Rəfiyev isə uşaq vaxtı çıxdığı torpağa geri qayıdacağına həmişə inanıb və o gün gəlib çatıb. O, 31 il sonra Kəlbəcərdəki evlərinə gedərkən gözləmədiyi sürprizlə qarşılaşıb: “Atam o vaxt bizdən sonra çıxmışdı. Evin açarlarını birinci mərtəbədə turbanın içində gizlətmişdi. Mən 30 ildən sonra o açarları o turbanın içindən çıxardım. Zəcirlə bağlanmış 3 ədəd açardı”.
İndi Rəfiyevlər ailəsi ata-baba ocağına qayıtdıqdan sonra orada görəcəkləri işləri planlaşdırıblar. Natiq Rəfiyev deyir ki, işğaldan əvvəl mənim orda yeməkxanam olub. İnşallah qayıtdıqdan sonra yenidən onu bərpa edəcəyəm. Ondan da möhtəşəm,, ondan da gözəl müasir üslubda bərpa edib xalqımıza xidmət göstərəcəm.
Ailənin ağbircəyi olan Həcər nənə deyir ki, doğma torpağımıza qayıdacağımıza görə qürur və sevinc hissi keçiririk, nəvələrimlə, oğlanlarımla, gəlinlərimlə birgə ora qayıdıb öz evimizdə yaşayacağıq inşallah.
Əsrik kəndi də sakinlərinin isti nəfəsi üçün çox darıxıb. Kəndin əvvəlki kimi çal-çağırlı günlərinə isə çox az qalıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ