22.09.2024, 03:11
AZ EN
03.07.2023, 10:18 303

Vüsal evin dirəyi idi

XƏBƏRLƏR
  • Hər şəhidin öz hekayəti var. Bu gün doğum günü olan Vətən müharibəsi şəhidi Vüsal Ariz oğlu Həsənovun da öz taleyi, döyüş yolu olub. Vüsal  1997-ci il iyulun 3-də Bakı şəhərində anadan olub. 4-cü sinifdə təhsil alarkən atasını itirib. Səbail rayonu Badamdar qəsəbəsində 239 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olunub. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətini 2018-ci ilin oktyabr ayında başa vurub.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Vüsal Həsənov sentyabrın 21-də təlim toplantılarına çağırılıb.

Azərbaycan Ordusunun əsgəri Vüsal Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 7-də müharibədə qəhrəmancasına şəhadətə ucalıb.

Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Vüsal Həsənov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vüsal bir evin dirəyi, anası və qardaşının yeganə güvənc yeri idi. Həyat yoldaşını və uşaqlarını erkən yaşda itirən anası Mərifət xanımın ən böyük acısı Vüsalla bağlıdır. Amma Vüsal onun üçün yenə də sağdır. O, Vətən uğrunda gənc ömrünü fəda edən şəhid balası ilə qürur duyur.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Vüsal balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər