18.10.2024, 22:16
AZ EN
13.09.2023, 09:50 102

Yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ziyarət olunub

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və aparatın məsul əməkdaşları yeni tədris ilinin başlanması münasibətilə Vətən müharibəsi şəhidi Fərid Hacıyevin övladlarını ziyarət ediblər.

Qeyd edək ki, şəhid Fərid Təşkilat oğlu Hacıyev 1989-cu il oktyabrın 4-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi yenidən Vətənə xidmətə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olan F.Hacıyev Vətən müharibəsində Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralı mayoru döyüş bölgəsindən çıxaran zaman minaya düşərək şəhid olub.

Şəhid Fərid Hacıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” , "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Ruhu şad olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər