11.03.2026, 18:38
AZ EN
11.03.2026, 16:48 207

Qarqarçay Qarabağ torpaqlarına can verir

QARABAĞ
  • Qarqarçay Qarabağ bölgəsinin həm coğrafi, tarixi, həm strateji baxımdan ən əhəmiyyətli çaylarından biri sayılır. Tarixi qədim tayfalar, mühüm arxeoloji mədəniyyətlər və strateji hadisələrlə sıx bağlı olub. Çayın adı qədim dövrlərdə Qafqaz Albaniyasının ərazisində yaşamış qarqar tayfalarının adı ilə əlaqələndirilir. Qarqarlar bu bölgənin ən qədim sakinlərindən və alban ittifaqına daxil olan əsas tayfalardan biri hesab olunub.

Qədim dövrlərdən strateji və təsərrüfat əhəmiyyəti olan Qarqarçayın uzunluğu 115  kilometr hövzəsinin sahəsi 1490 kvadratmetrdi. Hidrokabonatlı-kalsiumlu minerallaşmaya malikdir. Qarabağ silsiləsinin şərq hissəsindən axan  Kərkicahan, Xəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gələrək Kür çayına tökülür. Kürün sağ qolu olan Qarqarçay Xankəndini və  Kərkicahanı iki hissəyə ayırır. Qarqarçaydan kənd təsərrüfatında suvarma məqsədilə geniş istifadə olunduğu üçün yay aylarında suyu mənsəbə gəlib çatmır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri çərçivəsində regiondakı çaylar üzərində kiçik su elektrik stansiyaları (KSES) inşa edilir. Həmçinin su ehtiyatlarının monitorinqi məqsədilə Qarqarçay üzərində müasir avtomat hidroloji stansiyalar quraşdırılıb. Həmin stansiyalar çayda suyun səviyyəsini, su rejimini və ekoloji vəziyyətini, sərfi və digər göstəriciləri real vaxt rejimində ölçmək üçün nəzərdə tutulub. Qarqarçayı Ağdamın Novruzlu, Saybalı, Yusifcanlı kəndlərinin, habelə Xocalı rayonun ərazisində torpaqların suvarılmasında mühüm rol oynayır.

Röya SALMANQIZI

Oxşar xəbərlər