Bu sözləri Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa deyib.
O vurğulayıb ki, Azərbaycan qonşusu Ermənistanla uzunmüddətli münaqişəni həll etməsi səbəbindən təbrik olunmalıdır.
“Lakin təəssüf ki, dünyada 2026-cı ildə hadisələr arzuolunan kimi inkişaf etmədi. Nifrət yenidən alovlanıb və yenidən üzə çıxıb. Münaqişələr getdikcə daha zorakı xarakter alır və bu səbəbdən cəmiyyətlərin sadiq qaldıqları dəyərləri qoruması daha da vacibdir. Çünki bu dəyərlər cəmiyyətlərin sülh içində yaşamasını təmin edir. Məhz bu hadisələrin fonunda mən insanları Qlobal Bakı Forumuna gəlməyə çağırıram. Bu çətin və gərgin dövrdə keçirilən forumdan böyük ümidlərim var. Düşünürəm ki, burada irəli sürüləcək ideyalar dünyanın və planetimizin taleyi ilə bağlı narahat olan insanlara ümid verəcək, həmçinin vəziyyəti yaxşılaşdırmaq üçün yeni yollarla hərəkət edə biləcəklərini göstərən imkanlar açacaq”, - deyə sabiq Prezident vurğulayıb. (AZƏRTAC)