16.06.2025, 09:08
AZ EN
19.10.2023, 13:16 426

Ermənistan öz siyasətini dəyişməlidir...

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi siyasətçi kimi diqqətdə olduğundan onun hansı sözünün, bəyanatının doğru olub-olmadığı hər zaman sual aldında olur. İlk sözünü son sözü təkzib etdiyindəndir ki, hər çıxışı ciddi deyil, ironiya ilə qarşılanır. Elə Avropa Parlamentində çıxışı zamanı dediyi Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır kimi fikirləri də bu qəbildəndir. Maraqlı olan odur ki, görəsən, Ermənistan bu dəfə sülh sazişindən hansı bəhanələrlə yayınacaq və bu dəfə sözündə duracaqmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov mətbuata açıqlamasında bildirib ki, Qarabağ  məsələsi ilə bağlı ciddi ixtilaflar vardır: “Biz artıq hesab edirik ki, Qarabağ məsələsi arxada qaldığına görə, Azərbaycan özü həll etdiyinə görə, bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür. Lakin burada bir neçə nüans var. O nüanslardan biri odur ki, biz dəfələrlə Paşinyanın yalan danışdığının şahidi olmuşuq. Yəni, o, Qərbə gedib orda bir şey deyirdi, Ermənistana gələndən sonra isə tamam fərqli bir fikir səsləndirdiyinin dəfələrlə şaihid olmuşuq. Paşinyan əvvəlki dövrlərdə verdiyi vədləri yerinə yetirmədiyinə görə bu dəfə əlbəttə ki, Azərbaycan cəmiyyətində belə bir düşüncə var. Artıq Paşinyan o qədər sərsəm, yalan dolu  fikirlər səsləndirib ki, ona inam qalmayıb. Dəfələrlə Avropa Birliyi və ayrı-ayrı yerlərdə bunun şahidi olduğumuza görə hələ də Paşinyanın ciddi olduğuna tərəddüdlər var. İkincisi, bölgəmizə sülhün gəlməsi, yalnız Ermənistandan asılı deyil. Bu faktdır ki, bu gün bir sıra dövlətlər Ermənistandan alət kimi Azərbaycana qarşı istifadə edirlər və etməyə çalışırlar. Ona görə Qərbin hansı mövqedə olması çox önəmlidir. Bir sıra Avropa ölkələri, Fransa  davamlı müdaxilə edəcəklərsə, sülhün gəlməsi çətindir. Eyni zamanda danışıqlarla bağlı Azərbaycanın bir mövqeyi var və bu mövqe  ondan ibarətdir ki, bizim digər kəndlərimiz qaytarılmalıdır. Əminəm ki, biz bu məsələyə də nail olacağıq. Bütün hallarda hesab edirəm ki, hazırkı şərait, mühit  bizə sülh müqaviləsinin imzalanması üçün imkan verir. Sadəcə, Ermənistan öz siyasətini dəyişməli və alət rolu oynamaqdan bir dəfəlik imtina etməlidir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR