13.02.2025, 10:12
AZ EN
02.11.2023, 17:19 227

Koronavirusun məşhurlaşdırdığı erməni milyarder Vardanyanı həbsdən qurtarmaq istəyir

XƏBƏRLƏR

2021-ci ildə koronavirusa qarşı peyvənd istehsal etməsi ilə məşhurlaşan “Moderna” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Nubar Afeyan hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın azadlığa buraxılması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə iş adamı və xeyriyyəçi kimi tanınan Nubar Afeyan "CNN”-ə müsahibəsində bildirib. O, "CNN"in aparıcısı Kristian Amanpouraya müsahibəsində 44 gün davam edən müharibədən sonra Qarabağa gələn və separatçı rejimin əsas dəstəkçisi rolunda çıxış edən Ruben Vardanın ən yaxın dostu olduğunu, söyləyib. Erməni milyarder deyib ki, Qarabağa gələndən sonra qondarma "Artsax respublikası"nın "dövlət naziri" vəzifəsində çalışan Vardanyan buna qədər separatçı separatçı rejimə və Ermənistandakı siyasi dairələrə, habelə humanitar yönümlü layihələrə külli miqdarda vəsait xərcləyib.

Ruben Vardanyanla 23 il ərzində Ermənistanda onlarla humanitar və xeyriyyə layihələri həyata keçirib. O,  əslində bütün ermənilərin simvoludur. Azərbaycan tərəfinin onu həbs edə bilmələri, bunu nümayiş etdirməsi və sonra ona ittiham irəli sürməsi bizim hamımız üçün gözlənilməz oldu. Düşünürəm ki, bütün bunlar bizləri qorxutmaq, dünyada on milyon erməniyə psixoloji işgəncə vermək məqsədi daşıyır", - deyə Nubar Afeyan "CNN"ə müsahibəsində əlavə edib.

Erməni milyarder dünyada yaşayan bütün ermənilərin ən yaxın və sadiq köməkçisi adlandırdığı Vardanyanın həbsdə saxlanılmasına biganə qalmayacaqlarını da bəyan edib. Nubar Afeyan hətta beynəlxalq təşkilatları da terrorçuluğu maliyyələşdirən Ruben Vardanının azadlığa buraxılması üçün Azərbaycana təzyiqləri artırmağa çağırıb: "Mən həqiqətən ümid edirəm ki, beynəlxalq güclər dayanmayacaq. Çünki bütün belə işlərin cəzasız qalması bu cür ədalətsizliyi daha çox təşviq edir. Düşünürəm ki, həqiqətən də buna qarşı çıxış etməliyik”.

Bəşəri bəla olan və İkinci Qarabağ müharibəsindən əvvəl dünyanı qorxuya salan koronavirusun məşhurlaşdırdığı erməni iş adamı və milyarder Azərbaycanın işğalçı Ermənistan və onun terrorçu dəstələri üzərində hərbi-siyasi qələbəsini həzm edə bilmədiyini də gizlətməyib. Nubar Afeyan ermənilərin könüllü şəkildə Qarabağı tərk edərək Ermənistanda yaşamaq qərarını “klassik etnik təmizləmə” adlandırmaqdan da çəkinməyib.

Xatırladaq ki, Nubar Afeyan zaman-zaman Ermənistandakı siyasi hakimiyyətləri dəstəkləyən erməni lobbisinin nüfuzlu nümayəndəsi kimi işğalçı rejimin Qarabağda möhkəmlənməsi üçün də çoxlu pullar xərcləyib. Onun müharibə canisi, "Qarabağ klanı"nın əsas simalarından biri olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla xüsusi münasibətlərinin olduğu da sirr deyil.  

Elxan SALAHOV

Oxşar xəbərlər