12.03.2025, 14:57
AZ EN
01.05.2023, 23:16 339

Yurdun qəhrəman oğlu

XƏBƏRLƏR

Azərbaycan tarixinin hər bir dönəmində Şanlı Qəhrəmanlıq səhifələri var. Bu tarixi dədə-babalarımızdan bizə yadigar qalıbdır. Hansı elə, hansı obaya baxsan zaman-zaman igidlər yetişdirib. Belə igidlərdən biri də Xalq Qəhrəmanı Nəbinin həmyerlisi, həm də adını qürurla yasadan Nəbi Bahadur oğlu Kərimzadədir. Nəbi 23 iyul 1992-ci ildə Qubadlı rayonunun Xocahan kəndində anadan olmuşdur. Məcburi köçkünlüklə bağlı olaraq doğma kənddən kənarda Qubadlı rayon 2 saylı tam orta məktəbdə oxumuş, burada orta təhsil almışdır. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra müxtəlif yerlərdə işləmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq getmiş, Qubadlı, Laçın, Füzuli istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. 7 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilmişdir. Ailəlidir, III qrup əlildir.

İsa Musayev

Oxşar xəbərlər