Təhsil eksperti Adil Vəliyev ARB- 24 kanalına bildirib ki, Qarabağ Universiteti həm dördüncü sənaye inqilabı, həm də müasir əmək bazarının tələbləri istiqmətində yaradılacaq. Eyni zamanda bu təhsil ocağı strateji əhəmiyyətli olduğundan bölgələrin inkişafı üçün burada mühüm araşdırmalar aparılacaq. Ümumiyyətlə, Qarabağ Universiteti Azərbaycanda digər tədris ocaqlarından öz inkişafı və nüfuzu ilə seçiləcək. Hər bir təhsil işçisi bura can atacaq və arzu edəcək ki, o bir vətəndaş olaraq Qarabağ Universitetinə öz töhfələrini versin.
Mina RƏŞİD