27.07.2024, 09:35
AZ EN
28.04.2023, 21:26 182

Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi qeyd edilib

XƏBƏRLƏR
  • Kürdəmirdə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin təşkilatçılığı ilə ərsəyə gəlib. Tədbirdə xəstəxana rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən xəstəxananın direktoru əvəzi Tarix İslamov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.

Çıxışlarda Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər.

Tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.("Report")

Oxşar xəbərlər